Bu il Azərbaycanda uşaqlara ən çox qoyulan adlar açıqlanıb

27
sen
2019
13:15
Bu il Azərbaycanda uşaqlara ən çox qoyulan adların siyahısı açıqlanıb.Ədliyyə Nazirliyindən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, siyahıda uşaqlara ən çox qoyulmuş 10 ad yer alıb:"Bu il yenidoğulan oğlan uşaqlarına ən çox qoyulan ad Yusifdir. Cari il ərzində 1641 uşağa Yusif adı qoyulub. Qız uşaqlarına ən çox qoyulan ad isə Zəhra olub. Belə ki, bu ad 1680 körpəyə qoyulub.Bu il 1522 uşağa Əli, 1259 uşağa Hüseyn, 1088 uşağa Nuray, 936 uşağa Fatimə, 1126 uşağa Zeynəb, 1080 uşağa Aylin, 974 uşağa Ömər və 1083 uşağa isə Məryəm adı qoyulub".
Oxşar xəbərlər
Azərbaycanda dəbdən düşən adlar: Lalə, Davud... - SİYAHI
Azərbaycanda bəzi insan adları var ki, artıq yeni doğulan uşaqlara həmin adların verilməsi dəbdən düşür.BAKU.WS oxu.az-a istinadla xəbər verir ki, son beş ildə...
