Azərbaycanda dəbdən düşən adlar: Lalə, Davud... - SİYAHI

11
avq
2019
10:42
Azərbaycanda bəzi insan adları var ki, artıq yeni doğulan uşaqlara həmin adların verilməsi dəbdən düşür.BAKU.WS oxu.az-a istinadla xəbər verir ki, son beş ildə (2014-2018) Davud adı ən az qoyulan adlar siyahısında liderlik edir.Belə ki, bu illərdə 1337 uşağa Davud adı qoyulub. Bu adın verilməsi ildən-ilə azalıb.Bir zamanlar məşhur olan Fuad adı da artıq dəbdən düşənlər siyahısındadır.Müvafiq illərdə 1280 uşağa Fuad, 1270-nə Sənan, 1260-na Fateh, 1211-nə Miray, 1193-nə Sübhan, 1164 nəfərə isə Bahar adı qoyulub.Ən az qoyulan adlar siyahısında son üçlük isə qız adlarıdır.Belə ki, 2014-2018-ci illərdə 1150 nəfər Əsnad, 1143 nəfər Aişə, 1141 nəfər qız uşağına isə Lalə adı qoyulub.Qeyd edək ki, yuxarıda sadalanan adların qoyulma halları 2014-cü ildən 2018-ci ilə doğru azalma ilə müşahidə olunub.
Oxşar xəbərlər
Azərbaycanlı uşaqlara qoyulan serial qəhrəmanları adları
Azərbaycanda son dövrlərdə yeni doğulan körpələrə xarici serial qəhrəmanlarının adlarının qoyulması halları artıb.BAKU.WS trend-ı istinadən xəbər verir ki, Ədli...
