Bu gün dənizə getməyin - Çimərliklərdə külək güclənəcək

20
iyl
2019
10:20
Bu gün ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BAKU.WS-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək.Şimal-qərb küləyinin güclənəcəyi gözlənilir.Havanın temperaturu Abşeron yarımadasında 30-34, Bakıda 31-33 dərəcə isti təşkil edəcək.Abşeron çimərliklərində şimal-qərb küləyinin güclənəcəyi gözlənilir.Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 22-23, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 23-24 dərəcə isti təşkil edəcək.Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.Havanın temperaturu aranda 33-38, dağlarda 23-28 dərəcə isti təşkil edəcək.
Oxşar xəbərlər
Hava isinir - Temperatur 35 dərəcəyə yüksələcək
Azərbaycanda iyulun 17-də gözlənilən hava şəraiti açıqlanıb.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BAKU.WS-ə verilə...
