Bu axşam Bakıda atəşfəşanlıq olacaq

Bu axşam Bakıda atəşfəşanlıq olacaq
Şou-biznes 229

Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə dekabr ayının 31-i saat 24:00-da Dənizkənarı Milli Parkın ərazisində atəşfəşanlıq təşkil olunacaq.

BAKU.WS Bakı Şəhər İcra Hakimiyyətinə (BŞİH) istinadən xəbər verir ki, şəhərin mərkəzi küçələri, Dənizkənarı Milli Parkın ərazısı və digər parklar bəzədilib, yolkalar qurulub, buradakı ağacların çilçıraqlarla bəzədilməsi, müxtəlif yeni il atributların və simvollarının, nağıl qəhrəmanları fiqurlarının quraşdırılması, bayram tərtibatı işləri həyata keçirilib, müxtəlif yerlərdə bayram yarmarkaları təşkil olunub.

BŞİH sakinləri və şəhərimizin qonaqlarını atəşfəşanlığı seyr etmək üçün dekabrın 31-də saat 24.00-da Dənizkənarı Milli Parka dəvət edib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Sabah Bakıda atəşfəşanlıq olacaq

Sabah Bakıda atəşfəşanlıq olacaq

Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il münasibətilə dekabr ayının 31-i saat 24:00-da Dənizkənarı Milli Parkın ərazisində atəşfəşanlıq təşkil olunac...

830 Şou-biznes 08:21 30 dekabr 2019

Son xəbərlər