Bred Pitt öz filminin çəkilişlərini dayandırdı - SƏBƏB
Yeniliklərdən dərhal xəbərdar olun
Bred Pitt əsas rolunu canlandırdığı və prodüseri olduğu "Formula-1" yarışları dünyasında baş verənlərdən bəhs edən "Apogey" filminin çəkilişlərini dayandırıb.
BAKU.WS xəbər verir ki, bu barədə "The Sun" qəzetinin məlumatında deyilir.
Aktyorun bu addımı ABŞ Aktyorlar Gildiyasının tətili ilə həmrəylik nümayiş etdirmək məqsədilə atdığı iddia olunur.
Bildirilir ki, Bred prosesin artıq başlamasına baxmayaraq, prodüserləri planlaşdırılan çəkilişləri iki ay təxirə salmağa çağırıb.
Qeyd edək ki, ekran işinin yaradılmasında keçmiş dünya çempionu Lyuis Hemilton iştirak edir.
Film 1990-cı illərdə çıxış etmiş bir yarışçının hekayəsindən bəhs edəcək.
Oxşar xəbərlər
Bakıda 200 min AZN-lik film təqdim olundu - FOTO/VİDEO
Ötən gün Bakıda "HOZU cangüdən" filminin təqdimat mərasimi baş tutub. BAKU.WS xəbər verir ki, mətbuata açıq təşkil edilən qalada ekran işində rol alan aktyorla...