İbrahim Borçalı: "Pul, vəzifə boş şeydir"
Yeniliklərdən dərhal xəbərdar olun
"Artıq həyatı planlı yaşamıram. Məsəl var, sən saydığını say, gör fələk nə sayır".
BAKU.WS "axşam.az"a istinadən xəbər verir ki, bu sözləri müğənni İbrahim Borçalı "Zaurla Günaydın" verilişində deyib. İki ildən çoxdur avtomobil qəzasında övladı həlak olan ifaçı ardıcıl vəfat edən dostlarını da xatırlayıb:
"Deyirik ki, bunu gələcək üçün belə edək, 5 il sonra bunu reallaşdıraq. Bəlkə 5 ay ömrün qalıb. Mən artıq daşlaşmışam. Oğlumun qırx məclisindən qayıtmışdım. Həyətə gələndə gördüm ki, mərhum Aslan Hüseynovla Səyyad Əlizadə oturub. Hər ikisi dost, amma indi yoxdurlar. Nə qəribə həyatdır.
İnsan sözünün mənası unutqandır. Həyatda qonaq olduğumuzu unuduruq. İnsanın apardığı da, bu dünyada ondan qalan da adıdır. Pul, vəzifə boş şeydir".
Oxşar xəbərlər
Van Dammın oğlu: “Atam demişdi ki, mütləq Azərbaycandan olan bir xanımla evlən” - FOTO
Məşhur aktyor Jan Klod Van Dammın oğlu Kristofer Van Damm və onun azərbaycanlı xanımı Suada Hacızadə Diasporla İş üzrə Dövlət Komitəsinin Təbliğat, informasiya...