Bollivud aktyorlarının sərvəti nə qədərdir? - FANTASTİK RƏQƏMLƏR - SİYAHI

Bollivud aktyorlarının sərvəti nə qədərdir? - FANTASTİK RƏQƏMLƏR - SİYAHI
Foto
Şou-biznes 533

Hollivud ulduzları kimi Bollivud aktyorlarının da dünya film sektorunda özünəməxsus yeri var. Onların sayı az olsa da, illər ərzində bir çox səs-küy gətirən layihələrə imza atıblar. Amitab Baççan, Şahrux Xan, Priyanka Çopra, Salman Xan kimi aktyorlar ən az Hollivud ulduzları qədər məşhurdurlar. Bu məşhurluq onlara illər ərzində xeyli sərvət də qazandırıb.

Bu dəfə BAKU.WS saytı olaraq Bollivud ulduzlarının sərvətinin nə qədər olduğunu araşdırdıq.

Sözügedən araşdırmanı təqdim edirik:

Aktyor Şahrux Xan

Bollivudun bir nömrəli ulduzlarından olan Şahrux Xanın sərvəti 600 milyon dollar təşkil edir. O 1988-ci ildə karyerasına başlayıb. Aktyor bu sərvəti ilə dünyanın ən varlı aktyorları sırasında ilk onluqdadır. Onu "Bollivudun kralı" adlandırırlar.

Bollivud aktyorlarının sərvəti nə qədərdir? - FANTASTİK RƏQƏMLƏR - SİYAHI

Aktyor Amitab Baççan

Amitab Baççanın sərvəti 400 milyon dollardır. O karyerasına 1970-ci illərdə başlayıb. Aktyorun özünün film şirkəti var.

Bollivud aktyorlarının sərvəti nə qədərdir? - FANTASTİK RƏQƏMLƏR - SİYAHI

Aktyor Salman Xan

Salman Xanın sərvəti 260 milyon dollardır. 59 yaşlı aktyor da həmkarı Şahrux Xanla eyni ilə sənət gəlib. O ilk dəfə "Biwi Ho To Aisi" filminə çəkilib.

Bollivud aktyorlarının sərvəti nə qədərdir? - FANTASTİK RƏQƏMLƏR - SİYAHI

Aktyor Saif Ali Xan

Saif Ali Xanın sərvəti 150 milyon dollardır. Bu barədə "Economic Times" məlumat yayıb. Aktyor bu qədər sərvəti ilə ən varlı Bollivud ulduzları sırasındadır.

Bollivud aktyorlarının sərvəti nə qədərdir? - FANTASTİK RƏQƏMLƏR - SİYAHI

Aktyor Əmir Xan

Aamir Xanın sərvəti 220 milyon dollardır. O Bombeydə doğulub. Əmir Xan həm də kino kinorejissor, film prodüseri, ssenarist, televiziya aparıcısı, prodüserdir.

Bollivud aktyorlarının sərvəti nə qədərdir? - FANTASTİK RƏQƏMLƏR - SİYAHI

Aktyor Şahid Kapur

Şahid Kapurun 28 milyon dollar sərvəti var. Şahid Kapur karyerasına "Ritm" adlı filmdə ikinci dərəcəli rolu ifa etməklə başlayıb.

Bollivud aktyorlarının sərvəti nə qədərdir? - FANTASTİK RƏQƏMLƏR - SİYAHI

Aktrisa Priyanka Çopra

Priyanka Çopranın sərvəti 80 milyon dollardır. O öz bizneslərini müğənni həyat yoldaşı Nik Conasla birləşdirib.

Bollivud aktyorlarının sərvəti nə qədərdir? - FANTASTİK RƏQƏMLƏR - SİYAHI

Aktrisa Ayşvariya Ray

Ayşvariya Rayın sərvəti 100 milyon dollardır. O aktyor Amitab Baççanın gəlinidir. 51 yaşlı aktrisa 2007-ci ildə Abişek Baççanla ailə həyatı qurub.

Bollivud aktyorlarının sərvəti nə qədərdir? - FANTASTİK RƏQƏMLƏR - SİYAHI

Aktrisa Kacol

Kacolun sərvəti 30 milyon dollardır. O karyerasına 33 il əvvəl başlayıb. Kacol mediada tez-tez "Bollivudun kraliçasi" kimi təqdim edilir.

Bollivud aktyorlarının sərvəti nə qədərdir? - FANTASTİK RƏQƏMLƏR - SİYAHI

Zöhrə Pənah

Oxşar xəbərlər

Son xəbərlər