Beren Saatın Qurban bayramı paylaşımı qalmaqal oldu – VİDEO

04
avq
2019
13:54
Məşhur türkiyəli aktrisa Beren Saat sosial şəbəkədə paylaşımı ilə yenə də diqqət çəkib.BAKU.WS-in məlumatına görə, həyat yoldaşı Kenan Doğuludan boşanması ilə bağlı xəbərlə gündəmə gələn Beren bu dəfə Qurban bayramı ilə bağlı yazdığı statusa görə tənqid edilib.Qurban bayramı ilə bağlı heyranlarını təbrik edən aktrisa, bu bayramda kasıbları sevindirmək, bol hədiyyə paylamağı tövsiyyə edib. Bundan əlavə aktrisa xəstə uşaqlara dəstək kampaniyasının çox lazımlı addım olduğunu yazıb və bunu dəstəklədiyini yazıb.Onun bu statusu bəziləri tərəfindən tənqid edilib. Biri yazıb ki, “birinin sevinməsi üçün bir can öldürülməlidirmi? Sizin bu axmaq kampaniyanı dəstəkləməyinizə mat qalıram. Sizə yaraşdırmadım”.Bu şərh Bereni özündən çıxardıb. Aktrisa həmin şəxsə kobud cavab yazıb.
Oxşar xəbərlər
Azərbaycanlı aktrisanın küçənin ortasında diskoteka keyfi – VİDEO
Əməkdar artist Hüsniyə Mürvətova sosial şəbəkə paylaşımı ilə diqqət çəkib.BAKU.WS xəbər verir ki, 48 yaşlı aktrisa getdiyi istirahət mərkəzlərinin birinin həyət...