Bazar gününün hava proqnozu açıqlandı

Bazar gününün hava proqnozu açıqlandı
Şou-biznes 1156

 

Bakıda və Abşeron yarımadasında sabah hava şəraiti dəyişkən buludlu olacaq, arabir tutulacaq, əsasən yağmursuz keçəcək. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BAKU.WS-ə verilən məlumata görə, yarımadada şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 21-25 dərəcə isti, gündüz 31-36 dərəcə isti, Bakıda gecə 23-25 dərəcə isti, gündüz 33-35 dərəcə isti olacaq. 

Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 65-75 %, gündüz 35-40 % təşkil edəcək.

Azərbaycanın rayonlarında avqustun 28-də hava əsasən yağmursuz keçəcək. Lakin gecə və axşam bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, yağış yağacağı ehtimalı var. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 20-25 dərəcə isti, gündüz 34-39 dərəcə, dağlarda gecə 15-20 dərəcə isti, gündüz 25-30 dərəcə isti olacaq. 

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 24-25, Buzovna, Mərdəkan, Şüvəlanda 26-27, Türkan, Hövsan, Sahil, Şıxda 27-28 dərəcə isti olacaq. 

Şahin Həbibov

BAKU.WS

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Sabah 42 dərəcə isti olacaq

Sabah 42 dərəcə isti olacaq

Avqustun 9-da Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu, yağmursuz olacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Milli Hidrometeorol...

10 Şou-biznes 12:45 08 avqust 2016

Son xəbərlər