Bayram günü Bakıda duman olacaq

Bayram günü Bakıda duman olacaq
Şou-biznes 754

Bu gün Azərbaycanda müşahidə olunacaq hava proqnozu açıqlanıb.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BAKU.WS-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında sabah havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı əsasən yağmursuz keçəcəyi gözlənilir.

Lakin axşam yarımadanın bəzi yerlərində çiskinli olacağı ehtimalı var. Səhər bəzi yerlərdə zəif duman olacaq, mülayim cənub küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 5-8, gündüz 12-17, Bakıda gecə 6-8, gündüz 13-15 dərəcə isti olacaq.

Azərbaycan rayonlarında martın 8-də havanın əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlədə duman olacağı gözlənilir. Şərq rayonlarında çiskin olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 5-10, gündüz 14-19 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 8-13 dərəcə isti olacaq.

BAKU.WS

Oxşar xəbərlər

Sabahın hava proqnozu açıqlandı

Sabahın hava proqnozu açıqlandı

Sabah Azərbaycanda müşahidə olunacaq hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BAKU.WS-ə ve...

1161 Şou-biznes 14:00 07 mart 2016

Son xəbərlər