"Başqa sənətdən gəlib ağzına gələni oxuyur" - Elnarə (VİDEO)

28
mar
2019
15:54
ATV-də yayımlanan "Şou ATV" verilişində qonaq olan Əməkdar artist Elnarə Abdullayeva özündən çıxıb. BAKU.WS-in məlumatına görə, sənətçi bəzi ifaçıları məsxərəyə qoyub. Əsəblərinə hakim ola bilməyən E. Abdullayeva bunları deyib: "İnternetdən tapıb qaça-qaça əyninə bir paltar geyindirib gətirib çıxardırlar efirə, otuzdururlar sənin yanında. İnsan dəli olur ki, bunun sənətdən, incəsənətdən xəbəri yoxdur. İnternetdə 3-5 "like" toplayanla neçə il sənətlə məşğul olan insanı yanaşı otuzdurmaq olmaz. Ayıbdır. Bir əda, əndazə ilə də oturur ki... Deyirsən ki, dünyanı elə bu yaradıb. Bu gün başqa sənətdən gəlib ağzına gələni oxuyur. O mahnını bu mahnıya quraşdırıb oxuyur. Sonra da deyir ki, "Burada mənəm, Bağdadda kor xəlifə". Elə deyil". E. Abdullayevanın sözügedən çıxışı sosial şəbəkələrdə də müzakirə olunub. Bir çoxları onun sözlərini müğənni Afət Fərmanqızına aid olduğunu təxmin ediblər. BAKU.WS
Oxşar xəbərlər
Elnarə özündən çıxdı: “Hansı "duxlu" oğlan var ki..." (VİDEO)
Əməkdar artist Elnarə Abdullayeva haqqında qeybət edənlərlə bağlı maraqlı açıqlama verib. BAKU.WS xəbər verir ki, ARB TV-nin “Söhbət var” verilişinində qonaq ol...
