Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
Yeniliklərdən dərhal xəbərdar olun
Sabah Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BAKU.WS-ə verilən məlumata görə, gün ərzində arabir yağış yağacağı gözlənilir.
Arabir güclənən şimal-qərb küləyi günün ikinci yarısında mülayimləşəcək. Havanın temperaturunun gecə 3-5° isti, gündüz 8-10° isti, Bakıda gecə 3-5° isti, gündüz 8-10° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 754 mm civə sütunundan 762 mm civə sütununa yüksələcək. Nisbi rütubət 80-90 % təşkil edəcək.
Azərbaycanın rayonlarına gəlincə, martın 21-də arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, dağlıq rayonlarda sulu qar, qar yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq, qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 2-6° isti, gündüz 9-13° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 3-7° isti olacağı gözlənilir.
BAKU.WS
Oxşar xəbərlər
Bayram günlərinin hava proqnozu açıqlandı
Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. BAKU.WS Ekologiya və Təbii Sər...