Bakıda Novruz bayramı münasibətilə tədbir keçirilib - FOTO

Bakıda Novruz bayramı münasibətilə tədbir keçirilib - FOTO
Foto
Şou-biznes 107

Novruz qədimdən bizim günlərə qədər yaşadılan ən gözəl bayramlarımızdan biridir. Bakı şəhərində keçirilən Novruz tədbirləri çərçivəsində paytaxtın Səbail rayonu, Badamdar qəsəbəsindəki Heydər Əliyev parkında birlik, bərabərlik, qardaşlıq bayramı olan Novruz böyük təntənə ilə qeyd edilib.

BAKU.WS xəbər verir ki, bayram tədbirində Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Zeynalov, rayonun idarə, müəssisə, təşkilat rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri, şəhid ailələrinin üzvləri və Vətən müharibəsi qaziləri iştirak ediblər.

Bayram tədbirində Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun düşmən üzərində qazandığı şanlı Qələbə nəticəsində Novruz bayramının artıq ikinci ildir ki, 30 ilə yaxın həsrətdən sonra Qarabağ bölgəsində böyük sevinc hissi ilə qeyd olunduğu, bayram tonqallarının Qarabağda – Şuşada, Ağdamda və digər azad edilmiş torpaqlarımızda alovlandırıldığı bildirib.

Rayon sakinləri üçün konsert, həmçinin rəqs kollektivlərinin və Novruzun ənənəvi personajlarının iştirakı ilə müxtəlif proqramlar təşkil olunub.

Tədbirin əvvəlində Vətən müharibəsi qaziləri möhtəşəm Novruz tonqalını alovlandırıblar. Sevilən incəsənət nümayəndələrinin iştirakı ilə baş tutan konsert tədbiri rayon sakinləri tərəfindən böyük maraq və coşqu ilə qarşılanıb.

Son xəbərlər