Bakıda 4 milyon manata villa satışa çıxarıldı
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda satışda olan ən bahalı və ən ucuz mənzillərin qiyməti və yerləşdiyi ərazi məlum olub.
BAKU.WS-in məlumatına görə, bu barədə ekspert Nüsrət İbrahimov Trend-ə bildirib ki, ötən ay Bakıda ən bahalı mənzil Nərimanov rayonunda qeydə alınıb.
Onun sözlərinə görə, bu rayonda yeni binada yerləşən 285 kvadratmetr sahəsi olan 4 otaqlı mənzilin qiyməti 1 850 000 manat olub.
N.İbrahimov bildirib ki, ən ucuz mənzil qiyməti isə Qaradağ rayonunda 4 otaqlı, təmirli və “Leninqrad” layihəsi olan mənzil olub, qiyməti 40 min manat təşkil edib.
N.İbrahimov vurğulayıb ki, ən bahalı həyət evi isə 4 milyon manat dəyərində Binəqədidə Heydər Məscidinin yaxınlığında yerləşən və 600 kvadratmetr sahəsi olan villa olub.
Oxşar xəbərlər
Köhnə kişilərdən biri
"Ədalətli olmalıdı insan, Allahı başının üstündə görməlidi, haqqı nahaqa verməməlidi, haram yeməməlidi. Koroğlu deyib, oğurluq eləmişəm, amma haram yeməmişəm. A...