Bakıda 3 azyaşlı övladı olan qadının acı taleyi - Çörək pulunu zibillərdən çıxarır - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Bakının Xətai rayonunda azyaşlı uşaqları olan qadın çörəyini zibil yeşiklərindən topladığı tullantıları yığıb satmaqla çıxarır.
BAKU.WS xəbər verir ki, bu barədə “Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadə “Facebook” səhifəsində yazıb.
Onun sözlərinə görə, Xətai rayonu, Rəşid Bağırov 36/14 ünvanında 35 yaşlı Leyla Şahkərimova gününü zibil yeşiklərini yoxlamaqla keçirir.
O, zibil yeşiklərinə atılan tənəkə bankaları və şüşə butulkaları toplayıb satır.
“Günə bir kisə, iki kisə yığıram. Hər gün 2-3 manat pul qazanıram. Bəzən 4 manat da çıxır. Kartof, soğan alıram. Bir gün olur, bir gün olmur”, - deyə qadın bildirib.
Qeyd edək ki, Leyla Şahkərimovanın 3 azyaşlı uşağı var. Övladının birinin 6, digərinin 5 yaşı var. Sonuncu uşağı isə 6 aylıqdır. Qadın bildirib ki, səhhətində problemlər var. Böyrəkləri ağrayır, gecələr temperaturu olur.
Kəmalə Ağazadə onu da vurğulayıb ki, Leyla Şahkərimovanın həyat yoldaşı da xəstədir. Bu barədə dövlət qurumlarına məlumat verilib.
Oxşar xəbərlər
"Besedka"da yaşayan ailə ilə bağlı ŞOK İDDİA: Dövləti şantaj edirlər - VİDEO, FOTO
Paytaxt Bakıda dörduşaqlı ailə çöl həyatı yaşayır. BAKU.WS xəbər verir ki, ata Tarverdi Sayadov (6.04.1960), ana Leyla Sayadova (25.09.1983) azyaşlı uşaqları Əf...