Bakı sakinləri həmişə hazırlıqlı olmalıdırlar - RƏSMİ AÇIQLAMA

Bakı sakinləri həmişə hazırlıqlı olmalıdırlar - RƏSMİ AÇIQLAMA
Şou-biznes 1053

Bakıda küləklərin getdikcə çoxalması dünyada baş verən qlobal iqlim dəyişmələri ilə əlaqədardır.

BAKU.WS Trend-ə istinadən xəbər verir ki, bunu AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov deyib.

Alim bu təbiət hadisəsinin getdikcə daha da artacağını və onların həm tezliyinin, həm də amplitudunun (gücünün) artmasının gözlənilən olduğunu vurğulayıb.

Akademik deyib ki, küləyin fəsadları təkcə evlərin dam örtüklərinin uçması, ağacların aşması kimi hallarda özünü göstərmir, bu fəsadlar açıq dənizdə gəmilərin hərəkətində, neftçilərin fəaliyyətində, tikintidə daha kəskin şəkildə büruzə verir. Xalq arasında “qara yel” deyilən güclü külək əkin sahələrində bitkilərin məhvinə də səbəb ola bilər:

“Küləyin fəsadlarına adaptasiya olunmaq lazımdır. İnsanlar belə hadisələrin istənilən an baş verə biləcəyini nəzərə almalı, həmişə hazırlıqlı olmalıdırlar” .

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Bu gün Yel çərşənbəsidir

Bu gün Yel çərşənbəsidir

Bu gün Azərbaycanda Novruzun üçüncü çərşənbəsi olan Yel çərşənbəsi qeyd edilir. Xalq arasında “Külək oyadan çərşənbə”, “Küləkli çərşənbə”, “Yelli çərşənbə” və “...

5 Şou-biznes 08:45 10 mart 2020

Son xəbərlər