Bakı-Batumi avtobus reysinin qiyməti AÇIQLANDI

Bakı-Batumi avtobus reysinin qiyməti AÇIQLANDI
Şou-biznes 1567
İyuldan etibarən hər həftənin bazar ertəsi, çərşənbə və cümə günləri Bakı vaxtı ilə saat 18:00-da Bakı Beynəlxalq Avtovağzal Kompleksindən (BBAK) Bakı-Batumi avtobus reysi həyata keçiriləcək.BAKU.WS xəbər verir ki, avtobus Batumi şəhərinə növbəti gün saat 10:00-da çatacaq.Avtobusun Batumidən geriyə yola düşmə vaxtı çərşənbə, cümə və bazar günləri yerli vaxtla saat 10:00-da olacaq. Biletin bir istiqamət üzrə qiyməti 40 AZN təşkil edir.Bakı-Batumi reysinə biletlərinin satışı həm BBAK-ın kassalarından, həm də onlayn şəkildə həyata keçirilir. Biletləri “Qabaqcadan satış” kassaları və onlayn qaydada 10 gün öncədən 1 gün öncəyədək əldə etmək mümkündür.Beş yaşınadək uşaqlar üçün gediş haqqı (oturacaq verilməmək şərtilə) pulsuzdur. Beş yaşından 10 yaşınadək uşaqlar üçün isə biletin qiymətinin 50 faizi ödənilir.
Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

AZAL prezidenti Batumi şəhərinin meri ilə görüşüb

AZAL prezidenti Batumi şəhərinin meri ilə görüşüb

Batumi şəhərinin meri Laşa Komaxidze Bakıda işgüzar səfərdədir. “Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, mer səfər...

15 Promo 15:36 12 aprel 2019

Son xəbərlər