Bakıda ŞOK "xidmət": İstədiyin oğlanı sənə bağlayıram, sizi ayırmaq istəyənləri pis günə qoyuram (FOTO)

Bakıda ŞOK xidmət: İstədiyin oğlanı sənə bağlayıram, sizi ayırmaq istəyənləri pis günə qoyuram (FOTO)
Şou-biznes 6475

Sosial şəbəkələrdə fırıldaqçı falçıların sayı durmadan artır.

BAKU.WS xəbər verir ki, əvvəllər falçılara küçələrdə və ya parklarda rast gəlirdiksə, indi onlar artıq sosial şəbəkələrə yol açıblar.

Belə fırıldaqçı falçılar özlərinə açdıqları profillərdə insanlara müxtəlif "xidmətlər” təqdim edirlər:

Məsələn, "Cadugər Baxısı Ekstrasens Qəbulu” adlı istifadəçi hətta bir deyil, ikinci - "Elya Elya” adı ilə də "Facebook”da var:

1.Küsənləri barışdırıram

2.Ayrılanları birləşdirirəm

3.Sevənləri qovuşdururam

4.Uzaqda olanları qovuşdururam

5.Boşananları geri qaytarıram

6.İstədiyin oğlanı sənə bağlayıram

7.İstədiyin qızı sənə bağlayıram

8.Arzu olunmayan cütlükləri ayırıram

9.Arzu olunmayan sevgililəri ayırıram

10.Pis niyyətlə olunan caduları təmizləyirəm

11.Sizi ayırmaq istəyənləri pis günə qoyuram

12.Düşmənlərinizin yolunu bağlayıram

13.Bəxti bağlı olanların bəxtini açıram

14.Yolu bağlı olanların yolunu açıram

15.Səfərə çıxarkən uğur qazanmağınızı təmin edirəm

16.Başladığınız işlərdə uğur qazanmağınızı təmin edirəm

17.Qazanc və bərəkətinizin artmasını təmin edirəm

18.Sıxıntılarınızın aradan qalxmasını təmin edirəm

19.Sizə olan diqqət və qayğının artmasını təmin edirəm

20.Məhkəmə işlərinin sizin xeyrinizə həll olunmasını təmin edirəm

21.İmtahanlarda uğur qazanmağınızı təmin edirəm

22.Bütün problemlərə görə müraciət edə bilərsiniz

TƏBİİ Kİ, BİR AZ XƏRCİ OLACAQ.

Baxmaq 10 manat, Cadu minimum 50 manatdan başlayır.

Qiymət işə görə dəyişir. Əlaqə saxlamaq istəyənlər inbox-a yazsın. Dostluq atmağı da unutmayın. Onda mesajınız tez cavablanar.

Sizə də köməyim dəysə, şad olaram!

WhatsApp: (055) 777-78-36

Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, indiki zəmanədə pullarını belə şəxslərə xərcləyənlər hələ də var. Halbuki falçıların bir bildiyi olsaydı, ilk növbədə özləri üçün çarə qılardılar. Necə deyərlər, "keçəl dərman bilsə, öz başına sürtər”... 

Aysel Şirinzadə

BAKU.WS

Son xəbərlər