Bakıda günü 500 manat olan eyvanlar (VİDEO)
30
mar
2018
16:22
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Bununla bağlı internetdə və kirayə bazarında elanlar yerləşdirilibBAKU.WS Real TV-ə istinadən xəbər verir ki, 27-29 aprel tarixləri arasında Bakıda keçiriləcək “Formula-1” yarışlarına az qalmış trekin keçdiyi ərazilərdə yarış zolağına baxan eyvanlara maraq artıb. Bununla bağlı internetdə və kirayə bazarında elanlar yerləşdirilib.Evlərinin eyvanını icarəyə vermək istəyən paytaxt sakinləri mənzillərində hazırlıq işlərinə başlayıb. İcarə təklifləri əsasən bir neçə saat, bir gün və ya üç gün müddətdən ibarətdir.Belə eyvanlardan yarışı izləyənlərə çay, kofe, hətta yemək də təklif olunacaq. Qiymətlər isə qarşılıqlı razılıq əsasında müəyyənləşdiriləcək. Üstəlik, eyvanlarda televizor da qoyulacaq ki, qonaqlar trekin görünməyən ərazilərini izləyə bilsinlər.“Formula-1” əməliyyat komitəsinin sözçüsü Nigar Arpadarai bildirib ki, belə eyvanların sakinlər tərəfindən icarəyə verilməsində heç bir qadağa yoxdur.Sadəcə olaraq, ev sahibləri hər hansı yad əşyanın oyun zolağına atılmamasına diqqət etməlidirlər. Əks halda bu şəxslər məsuliyyətə cəlb ediləcəklər.Daha ətraflı videomatrealda tanış ola bilərsiz.Nihat HÜSEYNZADƏBAKU.WS
Oxşar xəbərlər
Bakının bu hissələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Paytaxtın bəzi yerlərində nəqliyyatın hərəkəti tam və qismən məhdudlaşdırılacaq.BAKU.WS Trend-ə istinadən xəbər verir ki, bunun aprel ayında keçiriləcək Formula...