Bacısı İlhamə haqqında kitab yazır

Bacısı İlhamə haqqında kitab yazır
Şou-biznes 2010
 

Xəbər verdiyimiz kimi, bacıları xalq artisti İlhamə Quliyevanın ölüm ildönümü münasibəti ilə yas mərasimi verib. 

BAKU.WS-in axşam.az-a istinadən məlumatına görə, mərhumun bacısı Gülbahar Quliyeva onunla bağlı xatirələrini bölüşüb. 

G.Quliyeva bildirib ki, bacısı haqda kitab yazır:

"Bu hal tək bizim yox, sevənləri üçün çox ağır haldır. Bacım əvəzolunmaz sənətkar, insan idi. O, millətini, xalqını sevirdi. Hamımıza arxa-dayaq olurdu. Həm ailəsinə, həm də dostlarına dəstək idi. Heç vaxt xoşbəxt olmadı. Nə qədər ömrüm var bacım üçün nələrsə etməyə çalışacam. Onunla bağlı kitab yazıram, materiallar toplayıram. Avqustun 17-də onun ad günündə təqdimat edəcəyik. Çox işlər görəcəm. Əvəzolunmaz bacı və insan idi. O gedəndən efir boşalıb. Əfsuslar olsun ki, o dünyasını dəyişdi".

BAKU.WS

Oxşar xəbərlər

İlhamə Quliyevanın oğlu ilə bacısı yas üstündə dava etdi: "Şou yaratma"

İlhamə Quliyevanın oğlu ilə bacısı yas üstündə dava etdi: "Şou yaratma"

Orxan şou yaradır. Bizim İlhamə Quliyevanın fevralın 24-də Orxanın verəcəyi ildönümündən xəbərimiz yoxdur. İlhamə xanımın ailəsi bizik, ili də 25-də "Təzəpir" m...

4312 Şou-biznes 16:43 21 fevral 2017

Son xəbərlər