Bacısından İradə İbrahimovaya dəstək: "Nə deyirlər desinlər, mənasız sözləri qəlbinə..." - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Müğənni İradə İbrahimova sosial şəbəkə paylaşımı ilə diqqət çəkib.
BAKU.WS xəbər verir ki, sənətçi onun xarici görünüşünü tənqid edənlərə iradını bildirib.
İbrahimova instaqram hesabında yeni fotosunu paylaşaraq üzdən iraq izləyicilərini qınayıb:
"İnsanların seçimlərinə, həddini bilmədən yönləndirməyə çalışmaq, təndiq etmək nə qədər ayıb bir şeydir. Bağışlayın, amma başqalarına sataşınca xoşbəxt olan sifətinizi, kininizi, qara qəlbinizi müalicə edə bilmərəm. Ən gözəli bu insanları özümüzdən uzaqlaşdırmaq, əsəbləşməmək, üzülməməkdir. Sizə pis söz söyləyib pislik etməyə dəvət edənlərin sırasına daxil olmayın! Ürəyinizdən gəldiyi kimi yaşayın! Yetər ki, sataşmadan, qəlb qaraltmadan yaşayın!".
İfaçının bu fikirlərinə tanınmış stilist Nigar İbrahimova dəstək çıxıb. O, bacısını belə insanlara əhəmiyyət verməməyə çağırıb:
"Həyat gözəldir, dadını çıxart. Hər xırda məqama ilişib qalma. Nə deyirlərsə, burax desinlər. Mənasız sözləri qəlbinə alma! Çünki dediyin kimi, cahilləri düzəldə bilmərik. Allah onlara şəfa versin. Canım bacım".
Qalereya
Oxşar xəbərlər
Azərbaycanlı məşhurlardan Türkiyəyə dəstək - FOTO
İyulun 28-dən etibarən genişmiqyaslı meşə yanğınları Türkiyəni cənginə alıb. Həmin ərazilərə yaxın yerlərdə yaşayan sakinlərin evləri, mal-mülkləri yanaraq külə...