"Bacanaqlar"ın Sevdası əməliyyat olundu - FOTO
23
avq
2017
13:15
Xalq artisti Fatma Mahmudovanın aktrisa qızı Nigar əməliyyat olunub.F.Mahmudova Axşam.az-a açıqlamasında bildirib ki, övladının əməliyyat masasına yatmasına səbəb nəfəs almaqda çətinlik çəkməsi olub:“Qızım bir dəfə burnundan əməliyyat etdirib. Uğursuz alınmışdı. Ona görə də yenidən əməliyyat etdirdi. Məqsədi plastik əməliyyat deyildi. Gördüyünüz kimi burnunun forması çox dəyişməyib. Sadəcə nəfəs almasındakı problem aradan qaldırılıb”.F.Mahmudova yeni mövsümdən yenə də “Eks bacanaqlar” serialı ilə efirə gələcəklərini söyləyib:“Qızım da, mən də bu serialda olacağıq. Çox olmasa da, başqa ekran işlərindən təkliflər alırıq. Amma istəmirik, bizim çörək yerimiz buradır. Həm də bir aktyorun bir neçə serialda rol almasına yaxşı baxmıram. Birində oyna, yaxşı obraz yarat. Hərdən səhvlərimiz olur, mənim də başıma gəlib. Hansısa filmə çəkilmişəm, amma sonra peşman olmuşam. Ona görə də təklif gələndə ciddi fikirləşmək lazımdır".BAKU.WS
Oxşar xəbərlər
Faytonçu Nazim xəstəliyindən DANIŞDI
"Faytonçu" ləqəbi ilə tanınan azərbaycanlı müğənni Nazim Pişyari səhhəti barədə danışıb. BAKU.WS axşam.az-a istinadən bildirir ki, ifaçı hazırda özünün yaxşı hi...