Babəkə həsr edilmiş animasiya çarxı hazırlandı (VİDEO)
20
avq
2018
10:11
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanda Babəkə həsr edilmiş informasiya xarakterli animasiya çarxı hazırlanıb.Animasiyada Azərbaycan tarixinin ən parlaq şəxsiyyətlərindən olan Babəkin mübarizəsi 3D qrafikası vasitəsilə qısa təsvir edilir.Onun “xürrəmilər”in başçısı Cavidanla ilk görüşü, Bəzz qalasına gəlişi, Yadelli işğalçılara qarşı mübarizə hərəkatına rəhbərlik etməsi, xəlifənin sərkərdəsi Afşinlə görüşü nümayiş etdirilir.Sonda Babəkin Bəzz qalasını tərk etdikdən sonra xəyanətə uğraması, yəni Səhl İbn Sumbat tərəfindən aldadılması və edam edilməsi səhnələri göstərilir.Çarxın hazırlanmasında əsas məqsəd müasir texnologiyalardan istifadə etməklə tarixi qəhərmanlarımızın animasiyalarını hazırlayıb yaymaq, gənclərə vətənpərvərlik hisslərini aşılamaqdır. Qeyd etmək istərdik ki, qeyd edilən çarx Azərbaycanda tarixi şəxsiyyətlər barədə hazırlanan ilk 3D qrafikalı animasiya çarxıdır.Animasiya çarxının ssenari müəllifi – rejisoru Elşən Rüstəmov, prodüseri Kamil Həmidov, montaj edəni Sənan Səfərovdur. Animasiyanın mətnini isə Kamal Yaşar səsləndirib. BAKU.WS 





Oxşar xəbərlər
"Tünzalə və Faiq cəbhəsi"ndə misli görünməmiş çaxnaşma. Gərginlik pik həddə çatdı (VİDEO)
Şou biznesin iki məşhur siması birincilik iddiası ilə kəllə-kəlləyə gəldi. Birinin dediyi, digərin boğazından keçmədi. Bir-birinə savaş elan edən iki məşhurun a...