Azərbaycanın ən çox evlənib-boşanan məşhurları - Kimisi üç, kimisi də dörd dəfə... - FOTOLAR
Ölkədə boşanma hadisələrinin artması şübhəsiz şou-biznes aləmində də müşahidə olunur.
BAKU.WS metbuat.az-a istinadən yerli şou-biznesdə ən çox ailə quran məşhurların adlarını tqədim edir:
Xalq artisti Flora Kərimova 3 dəfə nikahda olan məşhurlar sırasındadır. Onun üçüncü evliliyindən Zümrüd adlı qızı dünyaya gəlib.
Müğənni Nura Suri də həmkarı kimi üç dəfə rəsmi nikaha daxil olub. Müğənni hazırda üç oğul anasıdır.
Son illərdə tez-tez Hindistana gedən tanınmış rəqqasə Oksana Rəsulova da üç nikahla şou-biznesin boşanmışları siyahısındadır. Onun son həyat yoldaşı isə reper Elşad Xose olub.
Aparıcı Ulvira Qarayeva isə iki dəfə rəsmi nikahda olub. Onun ikinci evliliyi "Toy olsun” verilişinin iştirakçısı, meyxanaçı Tərlan Mustafayevlə baş tutub. Onunla da boşanıb.
"Şeron” qrupunun üzvü Rüstəm Zeynallı iki dəfə ailə qurub. İkinci dəfə ailə qurduğu Həcər xanım xalq artisti, qarmon ustası Aftandil İsrafilovun qızıdır.
Müğənni İzzət Bağırovun da ilk evliliyi sona qədər olmayıb və ikinci dəfə evlənib. İkinci evliliyindən isə üç uşağı dünyaya gəlib.
Meyxanaçı Namiq Qaraçuxurlu isə ötən il ikinci dəfə evlənib.
Əməkdar artist Leyla Şıxlinskaya isə dörd evliliklə şou-biznesdə liderliyini qorumaqdadır. Əməkdar artist müsahibələrinin birində gələcəkdə beşinci dəfə də evlənə biləcəyini vurğulayıb.
BAKU.WS
Oxşar xəbərlər
Qaraçuxurluya görə küsüşən Aygünlə Oksanadan barışıq fotosu (FOTO)
Xalq artisti Aygün Kazımova ilə rəqqasə Oksana Rəsulova ATV telekanalının Yeni il çəkilişlərinə görə bir araya gəliblər. BAKU.WS xəbər verir ki, meyxanaçı Nami...