Azərbaycanlıları səviyyəsiz adlandıran Günel Hümbətova:"Açıq-saçıq fotolar çəkdirib..."

Azərbaycanlıları səviyyəsiz adlandıran Günel Hümbətova:Açıq-saçıq fotolar çəkdirib...
Şou-biznes 17921

Üç ildir ki, Firuz adlı əcnəbi vətəndaşla ailə qurub, Amerikaya gəlin köçüb. Bir qız anası olan həmyerlimiz Günel Hümbətova ilyarımdır ki, Azərbaycanda yaşayır.

BAKU.WS aparıcının yenicaq.az-a müsahibəsini təqdim edir.

– Günel çoxdandır ki, Bakıdasan, nə əcəb həyat yoldaşın səni gözündən uzağa buraxıb?

– Qızım çox balacaydı, anam yanıma gəlib-gedə bilmirdi, fikirləşdim ki, mən gəlim bura. Orda da yaşayacam, burda da.

– Yoldaşın əcnəbidir?

– Müsəlmandır, atası tacik, anası özbək əsillidir. Onu da deyim ki, Firuzla ailə qurduğuma görə peşman deyiləm.

– Adət-ənənələrdəki fərq səni sıxmır ki?

– Yox, oxşar xüsusiyyətlərimiz çoxdur. Qayınanam özü başını bağlayan dindar xanımdır. Amma oğlu, yəni həyat yoldaşım çox açıqfikirli insandır.

– Bəs sənin açıq-saçıq geyimlərin onu qıcıqlandırmır ki?

– Əndazəni aşan açıq-saçıq geyimlər geyinmirəm. Bəlkə də ürəyində mənə irad bildirmək istəyər. Amma heç nə demir. Bəlkə də düşünür ki, irad söyləsə yoldaşımın xoşuna gəlməz. Buna görə heç nə demir.

– Yoldaşının sənə qadağaları var?

– Ümumiyyətlə, bizim bir-birimizə qadağamız olmayıb. İkimiz də azad insanlarıq. Həyat yoldaşımın Amerikaya gedib, yaşaması da azad olmasından irəli gəlib. Azadlıq o demək deyil ki, özbaşına yaşayırıq. Yox, o Amerikada yaşasa da, mütəmadi olaraq bir-birimizdən xəbərdarıq.

– Evli olduğunuz üç il ərzində səndə olan hansı xüsusiyyət onu cəlb edir?

– Bəlkə də azad olmağım, dünyagörüşümüzün uyğunluğu.

– Kişilər azad qadınları sevmir amma… Məsələn, evli kişilər heç vaxt xanımlarının aylarla onlardan aralı qalmasına icazə verməz.

– Hərdən mənə də bu sualı verirlər ki, necə ayrı qalırsınız? Nənələrimiz ömrü boyu ərlərindən ayrı qalıblar. Kişilər illərlə Rusiyada işləyib, pul qazanıb, arvadları da oturub uşaqlarını saxlayıb.

– Sonra da Rusiyadakı uşaqları ata axtarışı ilə Azərbaycana gəlib…

– Mən özümədən çox həyat yoldaşıma inanıram. Mən inanıram ki, onun həyatında heç bir qadın yoxdur, ola da bilməz.

– Əgər bilsən ki, sənə xəyanət edib, reaksiyan necə olar?

– Başıma gəlmədiyi üçün deyə bilmərəm, bu xəyanəti həzm edə bilərəm ya yox?! Amma ən azı qızımın atasıdır, istəmərəm qızım atasız böüyüsün. Çünki mən özüm də atasız böyümüşəm.

– Qarderobda mini ətəklər, dekoltelər çoxdur?

– Var. Əsas odur getdiyin məkana uyğun geyinəsən.

– Özünü gözəl hesab edirsən?

– Çoxlu komplimentlər eşidirəm… yəqin ki, eybəcər deyiləm. Ən çox da sosilal şəbəkədə yazırlar. Amma bütün komplimentlər də bir-birinə bənzəyir.

– Evli xanımlara da sevgi təklifləri olur.

– Mənə də yazırlar, amma hamısına baxıb gülürəm.

– Əsəbiləşmirsən ki?

– Yox, mən buna pis baxmıram. Kimsə kiməsə nəsə təklif edə bilər, bu, normaldır. Mən elə insanam ki, belə şeylərə sadəcə, şərait yaratmıram. İllərdir eyni telefon nömrəsini işlədirəm. Çünki bilirəm ki, insanlar tərəfdən mənə yersiz, xoşagəlməz təkliflər olmayacaq. İnsanlarla baryer saxlayıram.

– ATV-yə qayıtmaq fikrin yoxdur ki?

– Ümumiyyətlə, televiziyalara qayıtmaq fikrim yoxdur. Xaricdə yaşayacam, bura da gəlib-gedəcəm.

– Arada barəndə şayiələr də gəzdi, boşandığın, hətta izdivacının yalan olması ilə bağlı…

– Bilirəm. Öz qulağıma gəlib çatıb bu sözlər. Əsas odur doğmalarım ailəmi gözəl tanıyır. İnsanların mənim barəmdə nə düşünməsi vecimə də deyil. Çünki öyrəncəlidirlər. Bu gün məndən danışacaqlar, sabah başqasından. Xarici saytları izləyirəm, məşhurların fotoları, müsahibələri altında nələr yazırlar.

– Boşanmağa faciə kimi baxırsan?

 Qətiyyən. Sadəcə olaraq, kimsə boşanan kimi başlayırlar müzakirəyə, ağızlarına gələni yazırlar. Üç ildir ailə qurmuşam və mən ailə qurmamışam ki, dağıdım. Amma gələcəkdə hər şey ola bilər heç kəs heç nədən sığortalanmayıb. İndidən böyük-böyük danışa bilmərəm.

– Bəlkə bu şayiələri düşmənlərin yayır…Düşmənlərin çoxdur?

– Çalışıram dostlarım çox olsun. Üç ildir efirdə yoxam, amma hələ də gündəmdəyəm.

– Ümumiyyətlə, şayiələrə reaksiyan necə olur?

– Gülüb keçirəm. Efirə təzə-təzə çıxdığım vaxtlarda pis olurdum. Günlərlə özümə qapanırdım, indi bunu normal qəbul edirəm.

– Suallara qarşı çox həssassan, deyirsən azad fikirli insanam, amma insanların reaksiyasından narahatsan…

 Yox, sadəcə olaraq indi istəmirəm hamı məndən danışsın. Ona qalsa, açıq-saçıq fotolar çəkdirib, partladaram, amma istəmirəm.

– Adam var deyir məndə olan ətək, ya köynəkdən başqasının əynində görsəm havalanaram… Bəs sən?

– Açığı, mənim də xoşum gəlmir ki, geyindiyim paltardan başqasında olsun.

– Yəqin bu səbəbdəndir ki, öz geyim brendini yaratmaq fikrindəsən?

– Bəli. Tezliklə bu ideyamı reallaşdıracam. Hazırda işlər gedir. Geyim üzrə öz brendimi yaradıb, biznes fəaliyyətimlə məşğul olacam. Hamı Günel Hümbətova brendindən danışacaq.

Qeyd edək ki, bir müddət əvvəl tanınmış teleaparıcı Günel Hümbətova, sosial şəbəkədə Azərbaycan millətini təhqir edib. 

"Millətimizin 80-90 faizi çox səviyyəsizdir. Qınamayın məni. Səviyyəsiz, savadsız , alçaq. İstəyirsiniz məni asın, kəsin, biabır edin! İstəyirsiniz saytlarda statusumdan xəbər düzəldin. Amma fikrimdən dönməyəcəyəm ki, dönməyəcəyəm !!!".

BAKU.WS

Son xəbərlər