Azərbaycanlı tanınmışlar bahalaşmadan yazdı (FOTO)
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanlı məşhurlar manatın dollara nisbətdə ucuzlaşması ilə əlaqədar olaraq son günlər istehlak məhsullarının bahalaşmasına münasibət bildiriblər.
BAKU.WS məlumat verir ki, məşhurlar sosial şəbəkələrdəki şəxsi hesablarında fikirlərini bölüşüblər. Onlardan bəzilərini təqdim edirik:
Emma Ələkbərzadə:
Elvin Abdullayev:
"Hər şeyi başa düşdük. Amma pulu hardan tapaq? Yerin bilən varsa, yazsın".
Abbas Bağırov:
"Günün şəkli. Deyirəm, insaf deyilən bir şey yoxdur bu adamlarda. Bu meyvənin, suyu da, gübrəsi də yerlidir, torpağı da Azərbaycandır. Niyə axı yerli meyvəni dollarla satırlar?”.
Murad Əzimzadə:
"Bəzi mağazalar bağlanıb. Sabah işləyəcəklərini deyirlər. Səbəb manatın dəyərinin aşağı düşməsi, məhsulların qiymətinin qalxmasıdır. Xoş gəldin 90-cı illər!"
Tolik:
"Allah ölkəmizdə insanların yaşayışın düşünən insanları var eləsin. Amma o kəslər ki, hər şeydən istifadə edib insanların günün-güzaranın pis eləyirsə Allah onları özü cəzalandırsın. Dünən bəzi dükan sahbiləri dükanı bağlayıb insanları təlaşa salmağa çalışdılar. Amma anlamırlar ki, dünyanın ən varlı insanları bir günün içində müflis olurlar".
Nadir Qafarzadə:
"Allahım heç bir bəndəni aclıq, yoxsulluqla imtana çəkmə!"
Günel Hümbetova:
"Xaricə nə ixrac eləmək olar?"
URAN:
"Dollar, nolar?!
Dollar qalxdı, avronun əlindən tutub dedi manata:
"Yollarımız ayrılır, özün izah edərsən camaata.
Bugünə kimi dözdük, dartdıq, bataqlıqdan çıxartdıq,
Qıqanclıq və kaprizlərinə dözə bilmirik artıq
Neft ucuzlaşandan sonra sən də itirdin çəkini
İnflyasiya təpiyini alandan sonra hamı səndən çəkinir.
Sevgimiz bura qədər imiş, səni sevmək kədər imiş,
Sənin sabitlik haqqında nağılların isə hədər imiş."
Bu sözlərdən sonra dollar avronu götürüb qalxdı
Manat udqundu, elə bil nəsə demək istədi buvaxtı.
İstədi qışqırsın: "Dollar, nolar qayıt, qaytar avronu,
Sevirəm onu, sevirəm səni. Dostlar beləmi davranır?!"
Amma yox. Depressiyaya düşmüş manat gəldi sahilə,
Gəminin lövbərin qaldırıb bir ah çəkdi daxilən:
"Nə fərqi var indi zahirən beşəm, onam, yüzəm mən,
Sürünməyə də yer yox, gərik dənizdə üzəm mən."
$$$$$$
Dollar, nolar, düş aşağı,
Gücü yox dözməyə,
Manat gedir üzməyə.
Dollar, nolar, düş aşağı,
Avrodan bezməyib.
Manat gedir üzməyə.
21.12.2015"
Ayşən Ayxan
BAKU.WS
Oxşar xəbərlər
1 dollar 2 manat olacaq (PROQNOZ)
"Artıq Mərkəzi Bankın manatın məzənnəsini müəyyənləşdirilmək cəhdləri məhdudlaşacaq. Yəni, bazar manatın məzənnəsini özü müəyyən edəcək. Dünya bazarında neftin...