Azərbaycanlı polis anası İstanbulda fəryad etdi: "3 gecədir yata bilmirəm" (VİDEO)
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyənin İstanbul şəhərində terror aktının gerçəkləşdiyi əraziyə çox sayda ziyarətçi axın edir.
BAKU.WS-in məlumatına görə, cəmiyyətin hər təbəqəsindən ziyarətçinin gəldiyi Beşiktaş Şəhidlər təpəsini Azərbaycandan gələn Aybəniz Əliyeva adlı qadın da ziyarət edib.
Hadisə yerinə qərənfil düzən Aybəniz xanım ətrafda dayanan polisləri qucaqlayıb. Öz oğlunun da Azərbaycanda polis olduğunu söyləyən qadın baş verən hadisədən çox təsirləndiyini və 3 gecədir yata bilmədiyini ifadə edib.
Aybəniz xanım azərbaycanlılarla türklərin qardaş olduğunu bildirib: "Bizim şəhidlərimiz heç bir zaman ölməyəcək. Biz azərbaycanlılar, türklərin arxasındayıq, türklərdə azərbaycanlıların arxasındadır. Biz iki dövlət bir millətik. Bizim prezidentimizlə Türkiyə prezidenti qardaşdırlar. Azərbaycan və Türkiyə polisini allah bizim başımızdan əskik etməsin".
Şahin Həbibov
BAKU.WS
Oxşar xəbərlər
İlham Əliyev Ərdoğana başsağlığı verib
Azərbaycan prezidenti İlham Əliyev Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana İstanbulun Beşiktaş rayonunda törədilmiş terror aktı nəticəsində çox sayda insanın h...