Azərbaycanlı müğənnilərin övladlarının vəzifələri: məmur, diplomat, polis...

Azərbaycanlı müğənnilərin övladlarının vəzifələri: məmur, diplomat, polis...
Şou-biznes 22496

Müğənnilər adətən gördükləri işlərlə - ifalarıyla göz önündə olurlar. İstər televiziya kanallarında, xəbər saytlarında, istərsə də digər media vasitələrində çıxışlarını görmək mümkündür. Lakin onlar sənətləri ilə yadda qalsalar da, ailə vəziyyətləri, övladları da həmişə maraq dairəsində olub. Bəs müğənnilərin övladları kimdir, hansı fəaliyyət sahəsindədirlər, nə işlə məşğuldurlar? 

BAKU.WS modern.az-a istinadən bir neçə müğənnilərin övladı barədə məlumatları təqdim edir. 

Azərbaycanın xalq artisti Mənsum İbrahimov bildirib ki, dörd övladı var. Onun sözlərinə görə, övladlarından ikisi Bakı Dövlət Universitetinin fərqli fakültələrində təhsil alıb və hazırda işləyirlər: "İki övladım ali məktəbi bitirib və işləyirlər. Bakı Dövlət Universitetinin politologiya və beynəlxalq münasibətlər fakültələrində təhsil alıblar. Övladlarımdan biri diplomatdır, biri dövlət məmurudur. Üçüncü övladım tələbədir, sonuncusu isə orta məktəbdə oxuyur”.

İlqar Muradovun üç övladı var: "İki övladım universitet qurtarıb, biri isə hələ təhsil alır. Övladlarımdan ikisi Azərbaycan Dövlət İqtisad Universitetində, biri isə Azərbaycan Dillər Universitetində təhsil alıb”.

Xalq artisti Zaur Rzayevin oğlu Araz Rzazadə də atası kimi ifaçılıqla məşğuldur: "Oğlum müsəlman ölkələri içərisində yeganə insandır ki, dünyanın məşhur "La Scala” vokal akamediyasına qəbul olunub. Musiqi Akademiyasının professoru, klassik ifa üzrə böyük  pedaqoji təcrübəsi olan Hüseyn Əliyevdən vokal dərsləri alıb. Azərbaycan Akademik Opera və Balet Teatrında solist işləyib. Heydər Əliyev Fondunun və Respublika Mədəniyyət və Turizm Nazirliyinin rəhbərliyi və təşkilatçılığı ilə istər respublikamızda, istərsə də xarici ölkələrdə keçirilən konsert proqramlarında iştirak edib. Oğlum eyni zamanda vokalçıların beynəlxalq müsabiqələri laureatıdır”

Əməkdar artist Ədalət Şükürov deyib ki, iki övladı var: bir qız, bir oğlan: "Qızım Xarici Dillər Universitetinin tərcümə fakültəsini bitirib. O, böyük şirkətlərin birində beynəlxalq əlaqələr üzrə fəaliyyət göstərir. Oğlum isə tələbədir və 2-ci kursda oxuyur”.

Müğənni Əlikram Bayramovun bir oğlu var. Müğəni bildirib ki, övladı hazırda işsizdir: "Oğlum Azərbaycan Kooperasiya Universitetində təhsil alıb. Əvvəl "Zaminbank”da işləsə də, bank bağlandığına görə hazırda işsizdir”.

Əməkdar artist Baloğlan Əşrəfovun iki oğlu, iki qızı var: "Mənim övladlarım böyükdürlər, hərəsinin öz ailəsi var, işləri ilə məşğuldurlar. Qızlarım müəllimədirlər. Övladlarımdan biri  Azərbaycan Dövlət İqtisad Universitetini, biri Naxçıvan Universitetini, biri Azərbaycan Dövlət Pedaqoji Universitetini, digəri isə eyni zamanda başqa dövlət universitetini bitirib”.

Müğənni İlqar Sailin sözlərinə görə, onun üç övladı var: iki qız, bir oğlan: "Oğlum musiqi ilə məşğuldur və oxumağı  məndən öyrənir. Bir qızım evlidir. Digər qızım isə universitetdə politologiya sahəsi üzrə təhsil alır”.

Tanınmış xanəndə, əməkdar artist Bəsti Sevdiyevanın oğlu Ayxan polis əməkdaşıdır.

 

BAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər