Azərbaycanlı müğənni yenidən səhnəyə qayıdır
Çoxdandır səs-sorağı gəlməyən müğənni Yaqut Babayevadan xəbər var.
BAKU.WS-in məlumatına əsasən, sənətçi avqustun 13 və 14-də "Retro Bakı” layihəsinin növbəti konsertlərində Fəvvarələr Meydanında çıxış edəcək.
Y.Babayeva ilə yanaşı səhnəyə rəqqasə Fatimə Fətəliyeva da çıxacq.
Həmçinin konsertdə gənc müğənnilər Aygün Ağayeva, Mütəllim Mütəllimov, Ülkər Şahbazova, Mehman Tağıyev, Rüfət Xəlil, "İstedad” insrtumental ansamblı və "Azad” rəqs qrupu iştirak edəcəklər.
Bakı sakinlərini və qonaqlarını maraqlı musiqi proqramı və rəngarəng rəqslər gözləyir. Tədbir Bakı şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin Mədəni tədbirlərin təşkili və yaradıcı gənclərlə iş üzrə mərkəzin təşkilatçılığı ilə keçirilir.
Aysel Şirinzadə
BAKU.WS
Oxşar xəbərlər
Aygün Kazımova sevgilisinə görə küsdüyü rəqqasə ilə barışdı
Bir neçə il öncə meyxanaçı Namiq Qaraçuxurluya görə münasibətləri korlanan xalq artisti Aygün Kazımova ilə rəqqasə Oksana Rəsulova barışıb. BAKU.WS xəbər verir...