Azərbaycanlı ailə evində şir saxlayır (VİDEO)
Rusiyanın Saratov vilayətinin Engels şəhərində evində şir balası saxlayan azərbaycanlı ailədən polisə şikayət olunub.
BAKU.WS "Report"a istinadən bildirir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin "Engelskoe" Bələdiyyələrarası İdarəsinin məlumatında bildirilir.
Qeyd olunur ki, oktyabrın 6-da Tin-Zinya rayonu ərazisində şir balası görən yerli sakinlər bu barədə polisə məlumat veriblər. Məlumat öz təsdiqini tapıb. Məlum olub ki, Azərbaycandan olan ailə yaxın vaxtlarda daha bir şir balası almaq niyyətindədir.
"Bizim evdə belə heyvanların saxlanmasını qadağan etmək hüququmuz yoxdur. Şir balası peyvənd olunub, onun bütün lazımi sənədləri var", - deyə polisdən bildirilib.
Oxşar xəbərlər
Rusiyanın ağır atletika yığması Olimpiadadan kənarlaşdırılıb
Beynəlxalq Ağır Atletika Federasiyası (IWF) Rusiyanın ağır atletika yığmasını 2016-cı il Olimpiadasında iştirakdan kənarlaşdırıb. BAKU.WS "Report"-a istinadən...