Azərbaycandan kosmosa səyahət: 7 gün 12 milyon dollara

Azərbaycandan kosmosa səyahət: 7 gün 12 milyon dollara
Şou-biznes 3903

Azərbaycanda maraqlı səyahət turu təşkil edilir.

BAKU.WS xəbər verir ki, ölkəmizdə yerləşən turizm şirkətlərində biri şok qiymətə kosmosa səyahət təşkil edir. Belə ki, turpaketə 50% endirim edildiyini bildirən turizm agegtliyi bu barədə sosial şəbəkədə elan yerləşdirib. Elanda səyahətin qiymətinin 12 milyon dollar civarında olduğu bildirilir. 

"Adi vətəndaşların kosmosa səyahəti artıq bir xəyal deyil! Kosmos turuna 50% endirimli qiymət təklif edilir! Cəmi 12 milyon $ ödəyərək, siz kosmosun nadir qonağına çevrilmiş olursunuz",-deyə elanda bildirilir.

Səyahətin müddəti 7-10 gün, başlanğıc nöqtəsi isə - Baykonur kosmodromudur.

Aynur Ələkbərova

BAKU.WS

Son xəbərlər