Azərbaycanda qəribə elan: qoyun sürüsü satışa çıxarıldı - 47000 AZN

Azərbaycanda qəribə elan: qoyun sürüsü satışa çıxarıldı - 47000 AZN
Sosial 4522

 

Elan saytlarından birində maraqlı elan yerləşdirilib.

BAKU.WS-in məlumatına görə, bu dəfə paltar, maşın, elektro-texnika deyil, qoyun sürüsü satışa çıxarılıb.

Elanın sahibi bildirir ki, 235 baş qoyunu ilkin qiymət olaraq 47 min manata müştərilərə təklif edir. Qoyunlardan 110-u balalıdır, qalanı isə boğazdır.

Elanda qeyd edilir ki, qoyunlar tək-tək yox, sürü şəklində satılır. Sürünün Zərdab rayonunda olduğu qeyd olunur.

BAKU.WS

Son xəbərlər