Azərbaycanda tükürpərdici olay: Ata xəstə qızını küçəyə atdı – VİDEO
11
dek
2017
23:38
İki yaşlı Yağmur anadangəlmə serebral iflic xəstəsidir. Atası isə onu bu halda qəbul etmək istəmir. BAKU.WS-in Xəzər TV-yə istinadən məlumatına görə, Yağmurun anası Nisə Məhərrəmova deyir ki, balacanın dünyaya gəlməsi onlar üçün ən böyük sevinc olub. Bir müddət sonra onun serebral iflic xəstəsi olduğunu biliblər. Övladının xəstə olduğunu bilən ata isə qızından imtina edib. Nisə Məhərrəmovanın sözlərinə görə, ilk vaxtlar əri onu övladını kimsəsiz uşaqlar evinə yerləşdirməyi təkid edirmiş. Ana isə buna razılıq verməyib və əlindən gəldiyi qədər uşağı müalicə etdirməyə çalışıb. Övladına görə ərindən ayrılan qadını isə indi öz doğma ata və anası da qəbul etmir. Müvəqqəti olaraq Bakıda sığınacaqda məskunlaşan körpə ilə ananın indi yaşamağa yerləri yoxdur. Yağmurun vəziyyəti isə günü- gündən daha da pisləşir. BAKU.WS
Oxşar xəbərlər
Aynurun əməliyyatı üçün 16 min dollar tələb olunur (VİDEO)
13 yaşlı Aynur Kərimovanın müalicə olunaraq ayağa qalxması üçün maddi yardıma ehtiyacı var. BAKU.WS-in məlumatına görə, Aynurun anası Jalə Şirinova deyir ki, qı...