Azərbaycanda rəsmi olaraq iPhone XR-in satışına başlanılır
Yeniliklərdən dərhal xəbərdar olun
Apple-ın Azərbaycandakı yeganə rəsmi biznes partyoru olan ASBC MMC (Alma Store ticarət nişanı) rəsmi olaraq iPhone XR satışlarına başlayır.BAKU.WS xəbər verir ki, mükəmməl alüminyumdan və şüşədən olan korpusda, altı rəngdən ibarət, iPhone XS-dakı unikal texnologiyaları özündə cəmləşdirən yeni iPhone XR Azərbaycanda yaxın günlərdə satışa çıxarılması gözlənilir.
Noyabrın 9-dan başlayaraq, Azərbaycandakı müştərilər öncədən sifarişi rəsmləşdirə bilərlər. Yeni modelin rəsmi satışları isə noyabrın 16-sı cümə gününə planlaşdırılır. Alma Store satış nöqtələrində yeni iPhone XR modellərini üç gün ərzində ( noyabrın 16, 17, 18-i) BirKart-la 18 aya qədər faizsiz taksitlə əldə etmək mümkün olacaq.
Xatırlatmaq istərdik ki, Alma Store Apple-ın Azərbaycandakı yerli və yeganə ekspertidir, buraya istənilən zaman yaxınlaşaraq, məhsullarla bağlı suallarınızı ünvanlaya və profesional səviyyədə məsləhət ala bilərsiniz. Alma Store Mac kompüterlərin, iPhone smartfonlarının, iPad planşetlərinin və iPod musiqi pleyerlərinin bütün çeşidini, bununla yanaşı aksesuar və proqram təminatı seçiminidə təklif edir.
Daha ətraflı məlumatı www.almastore.az saytından və ya satış nöqtələrindən ala bilərsiniz.
"Park Bulvar" AVM 3-cü mərtəbə.Tel:(012) 598 73 21 Mob: (050) 766 00 30"Port Baku" Mall, 1-ci mərtəbə.Tel: (012) 464 04 34 Mob: (050) 776 00 15BAKU.WSOxşar xəbərlər
Azərbaycanda yeni iPhone Xs və iPhone Xs Max-ın rəsmi satışına başlanılır
Azərbaycanda iPhone Xs və iPhone Xs Max-ın rəsmi satışlarına oktyabrın 19-da start veriləcək. Yeni iPhone modellərini əldə etmək istəyənlər oktyabrın 12-dən baş...