Azərbaycanda növbəti 3 günün hava proqnozu açıqlandı

Azərbaycanda növbəti 3 günün hava proqnozu açıqlandı
Şou-biznes 1312

Azərbaycan ərazisində növbəti üç gün ərzində müşahidə olunacaq hava proqnozu açıqlanıb.

BAKU.WS xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova “report”a açıqlamasında bildirib ki, oktyabrın 19-u, 20-si və 21-də hava şəraitində mühüm dəyişiklik gözlənilmir.

O bildirib ki, hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir: "Lakin səhər saatlarında bəzi şərq rayonlarında qısa müddətli yağış yağacağı ehtimalı var. Şərq küləyinin üstünlüyü müşahidə olunacaq".

Nazirlik rəsmisi əlavə edib ki, Bakıda və Abşeron yarımadasında havanın temperaturu 19-22, aran rayonlarında 21-25, dağlıq ərazilərdə isə 11-16 dərəcə isti təşkil edəcək".

BAKU.WS

Son xəbərlər