Azərbaycanda kişi həyat yoldaşına 8 Martda böyrəyini hədiyyə etdi (VİDEO)

Azərbaycanda kişi həyat yoldaşına 8 Martda böyrəyini hədiyyə etdi (VİDEO)
Video
Şou-biznes 4188
 

Uzun müddətdir həyat yoldaşının böyrək çatışmazlığından əziyyət çəkdiyini görən Amin Quliyev ona öz böyrəyini bağışlamaq qərarına gəlib.

BAKU.WS Xəzər TV-yə istinadən bildiri ki, o, Səhiyyə Nazirliyinə müraciət edərək böyrək köçürülməsi ilə bağlı dövlət proqramından istifadə edib.

Həyat yoldaşından belə bir hədiyyə Arzu Quliyevaya gözlənilməz olub.

Uğurlu əməliyyat 8 Mart Qadınlar günü ərəfəsində gerçəkləşib. Cütlüyün vəziyyəti normaldır.

Fədakarlıq nümunəsinə imza atan ailə Siyəzəndə yaşayır və onların 4 övladı var. Həyat yoldaşının böyrəyi ilə sanki yenidən dünyaya gələn Arzu Quliyeva belə hədiyyəni heç vaxt unuda bilməyəcəyini deyir.

BAKU.WS

Son xəbərlər