Azərbaycanda icazəsiz kino yayımlayanlar cərimə olunacaqlar

Azərbaycanda icazəsiz kino yayımlayanlar cərimə olunacaqlar
Şou-biznes 852

 

Azərbaycanda kino və videofilmləri qeydiyyata alınmadana yayımlayanlar cərimə olunacaq.

BAKU.WS-in məlumatına görə, mülkiyyət formasından, buraxılış vaxtından və yerindən, texnikasından və istehsal üsullarından asılı olmayaraq milli, xarici və ya müştərək bədii, xronikal, sənədli, elmi-kütləvi, təhsil, cizgi və başqa janrlarda çəkilmiş filmlərin qanunsuz nümayişi, pornoqrafiya və zorakılıq təbliğ edən filmlərin yayımının qarşısının alınması, tamaşaçı auditoriyasının yaş kateqoriyalarının müəyyənləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının ərazisində yayımına və kütləvi nümayişinə icazə verilən bütün filmlər Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyində qeydə alınmalı və filmlərin dövlət reyestrinə daxil edilməlidir.

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 223-11-ci maddəsinə əsasən Kino və videofilmlərin Filmlərin Dövlət Reyestrində qeydiyyata alınmadan Azərbaycan Respublikasının ərazisində yayımına və kütləvi nümayiş etdirilməsinə görə iki min manat miqdarında cərimə edilir.

Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 92-VQD nömrəli Qanununun tətbiqi barədə 27 yanvar 2016-cı il 753 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 223-11-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi baxır.

Göstərilənləri nəzərə alaraq Azərbaycan Respublikasının ərazisində yayımına və kütləvi nümayişini həyata keçirmək istədiyiniz filmləri Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyində qeydə alınmasını və filmlərin dövlət reyestrinə daxil edilməsini tövsiyyə edirik.

BAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər