Azərbaycanda “Get Contact”a qadağa qoyuldu

Azərbaycanda “Get Contact”a qadağa qoyuldu
Şou-biznes 5446
Azərbaycanda “GetContact” adlanan mobil tətbiqinə qadağa qoyulub.BAKU.WS-in məlumatına görə, ölkə ərazisində “GetContact”a giriş bağlanıb.Bundan əvvəl Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi mobil tətbiqlə bağlı xəbərdarlıq etmişdi.“GetContact” adlanan mobil tətbiqetmə telefona yükləndikdən sonra “Telefon nömrəsi” və “Facebook” hesabı ilə proqramda qeydiyyatdan keçmək tələb olunur. Qeydiyyatdan sonra “GetContact” istifadəçinin kontaktlarına və mesajlarına daxil olmaq üçün icazə istəyir. Giriş icazəsinin verilməsi istifadəçinin kontaktında olan nömrələrin müəyyən bazalarda saxlanılması və üçüncü tərəfə ötürülməsi deməkdir.“İstifadəçi tətbiqetmədə qeydiyyatdan keçməsə belə,onu telefonuna yükləyən şəxslərin kontaktında olan bütün nömrələr bazaya ötürülür. Bu həm də digər abunəçinin də hüquqlarının pozulmasına yol açır.Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Elektron Təhlükəsizlik Xidməti bildirir ki, tətbiqetmənin quraşdırıldığı telefonlarda proqramın Tənzimləmələr (Settings) bölməsindən istifadəçiyə aid müvafiq hesabı silmək (remove account) mümkündür.BAKU.WS

Son xəbərlər