Azərbaycanda +18 havası olacaq

Azərbaycanda +18 havası olacaq
Şou-biznes 882

 

Sabah Bakı və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BAKU.WS-ə verilən məlumata görə, səhər bəzi yerlərdə duman olacaq.

Cənub-qərb küləyi əsəcək, gündüz yarımadanın bəzi yerlərində arabir güclənəcək. Yarımadada havanın temperaturu gecə 4-6, gündüz 12-16, Bakıda gecə 4-6, gündüz 13-15 dərəcə isti olacaq.

Atmosfer təzyiqi  normadan yüksək 771 mm civə sütunundan 765 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 65-75 %, gündüz  45-55 % təşkil edəcək.          

Fevralın 4-də Azərbaycanın rayonlarında əsasən yağmursuz hava proqnozlaşdırılır. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim cənub-qərb küləyi gündüz əsasən dağlıq ərazilərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 3-8, gündüz 13-18 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, yüksək dağlıq ərazilərdə 5-10 dərəcə şaxta, gündüz 7-12 dərəcə isti olacağı gözlənilir. 

BAKU.WS

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Sabah 14 dərəcə isti olacaq

Sabah 14 dərəcə isti olacaq

Bakı və Abşeron yarımadasında fevralın 3-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, gecə yarımadanın bəzi yerlərində az yağış yağac...

1102 Şou-biznes 13:45 02 fevral 2016

Son xəbərlər