Azərbaycan “Eurovision”u boykot edə bilər

Azərbaycan “Eurovision”u boykot edə bilər
Şou-biznes 2204

"Kiyevdə keçiriləcək "Eurovision 2017" mahnı müsabiqəsi boykot edilsə belə, Rusiya müğənnisi Yuliya Samoylovanın burada iştirak etməsi mümkün deyil".

BAKU.WS modern.az-a istinadən xəbər verir ki, bunu Ukaynanın xarici işlər naziri Pavel Klimkin bildirib. "Bir sözlə, güzəşt qeyri-mümkündür. Hamı üçün qanun birdir", - deyə o qeyd edib.   Rusiyanın "Kommersant" nəşri isə yazıb ki, Ermənistan, Azərbaycan, Belarus, Serbiya, Yunanıstan "Eurovision 2017" müsabiqəsini boykot edə bilər.   "Bu mümkündür - əgər Kiyev Rusiya təmsilçisi Yuliya Samaylovanın ölkəyə girişini qadağan edəcəksə", - deyə bildirilir.   Xatırladaq ki, mahnı yarışmasında Azərbaycanı Diana Hacıyeva təmsil edəcək.    Qeyd edək ki, Ukrayna Təhlükəsizlik Xidməti Kiyevdə keçiriləcək "Eurovision-2017" mahnı müsabiqəsində iştirak etmək üçün seçilmiş Rusiya təmsilçisi Yuliya Samoylovanın ölkəyə girişinə qadağa qoyub. Buna səbəb isə müğənninin Krıma səfər etməsidir. Y. Samoylovanın Ukraynaya girişi 3 il müddətinə qadağan edilib.   Qərar Samoylovanın Ukrayna qanunvericiliyini pozması barədə əldə edilmiş məlumatlar əsasında qəbul olunub.  Y. Samoylova müsabiqədə "Flame is Burning" mahnısı ilə çıxış etməyi planlaşdırır. Müğənni uşaqlıqdan əlil arabasında hərəkət edir və birinci qrup əlilliyi var.   Qeyd edək ki, mahnı müsabiqəsinin yarımfinalı mayın 9 və 11-də, finalı isə 13-də keçiriləcək.

BAKU.WS

Oxşar xəbərlər

“Eurovision”a bilet neçəyədir? – QİYMƏTLƏR

“Eurovision”a bilet neçəyədir? – QİYMƏTLƏR

"Avroviziya -2017” mahnı müsabiqəsi bu il Ukraynanın paytaxtı Kiyev şəhərində keçiriləcək. Mərasim Dnepr çayının sol sahilində yerləşən Beynəlxalq Sərgi Mərkəzi...

1329 Şou-biznes 13:30 13 mart 2017

Son xəbərlər