Azərbaycan efir məkanının ən biabırçı verilişi bağlandı (RƏSMİ QƏRAR, VİDEO)
"Space” telekanalında yayımlanan "Sevimli şou”nun yayımı dayandırılıb. Bu, milli-mənəvi dəyərlərə verdiyimiz qiymətin nəticəsidir”.
BAKU.WS-in xəbərinə görə, bunu Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli deyib. O bildirib ki, əvvəlki illərlə müqayisədə Azərbaycan efir məkanında qanun pozuntuları minimuma endirilib: "Buna apardığımız işlər, inzibati tənbeh tədbirləri ilə nail olunub. Yerdə qalan problemlər tədricən aradan qaldırılacaq”.
Şura sədri qeyd edib ki, telekanallar öz üzərilərində çalışmalıdırlar: "Telekanallarda yayımlanan bəzi verilişlərə baxanda utanıram. Biz media azadlığına qarşı çıxa bilmərik. Eyni zamanda, telekanallarda kadr problemi bir nömrəli problemdir”.
BAKU.WS
Oxşar xəbərlər
MTRŞ "Hesabat"a qoyulan qadağanı aradan götürdü (RƏSMİ)
Bu gün Milli Televiziya və Radio Şurası ANS tərəfindən yol verilmiş qanun pozuntuları ilə bağlı mətbuat konfransı keçirib. BAKU.WS məlumat verir ki, MTRŞ sədri...