Azərbaycanlı müğənni oğlunun 5 yaşını belə qeyd etdi

Azərbaycanlı müğənni oğlunun 5 yaşını belə qeyd etdi
Şou-biznes 372

Ailə həyatı quraraq Türkiyədə yaşayan azərbaycanlı müğənni İradə İbrahimovanın ailəsində xoş gün yaşanıb.

BAKU.WS-in məlumatına görə, ifaçı oğlunun 5 yaşını qeyd edib. O, ad günü mərasimindən ailəsi ilə birlikdə olan fotolarını "İnstagram" səhifəsinə yükləyib. Müğənni oğlunu belə təbrik edib:

"Qızımdan 5 il sonra gəldi. Gəlişi böyük bir surpriz oldu. Verilişlərdən birində 20 sm dikdabandan sürüşüb, düşərkən belə yanımdaymış, Əli. Mənim aslan oğlum, bərk-bərk tutunub, qopmamağa çalışıb. Qopmağa qoymayana şükürlər olsun.

Düzdür, arada qan uddurur, amma ondan da çox şey öyrənirəm. Uşaqlarım mənim müəllimimdir. Uşaqlığımda oynamadığım oyun və oyuncaqları ona öyrədib, birlikdə maşın sürüb, qarajlar tikib, hətta tanımadığım maşın marka və modellərini onunla bərabər öyrənirəm. Oğlunun həyatındakı ilk qadın olduğun halda o böyüdükcə, başqalarının da olacağını bilib və o günlərin xəyallarını qurmaq çox gözəldir. Üstəlik yoldaşımdan başqa heç bir kişini sevməyəcəyimi düşünərkən gəlişi ilə tam əksini sübut etdi.

Məncə, oğul anası olmaq, içindəki kişini kəşf etmək deməkdir. İllərdir qadın olduğun halda, ana olmağa öyrəşərkən bir də kişi olmaq... Mənə görə ailəcə bir yerdə olmağın ləzzətinin, rahatlığının sevincini yaşamaq, Allahın ən böyük iaşə və mükafatıdır. İllər tək-tək keçərkən yan-yana, can-cana olmağın sevincini bu il mənə təkrar yaşadana həmd olsun. Başda başımın tacı anam, oğlum olmaqla, payız ayında dünyaya gələn hər kəsin ad günü mübarək olsun. Ürəyinizi sevindirən hər kimsə, nəysə yanınızdan, ətrafınızdan əksik olmasın. Ürəyimiz kimi keçsin həyatımız".

Azərbaycanlı müğənni oğlunun 5 yaşını belə qeyd etdi
Azərbaycanlı müğənni oğlunun 5 yaşını belə qeyd etdi
Azərbaycanlı müğənni oğlunun 5 yaşını belə qeyd etdi

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər