Azərbaycanlı müğənni: "Atama heç vaxt halallıq vermirəm" - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
"Pişik" ləqəbli müğənni Günel Ələkbərova "Ümid ilə gəl" proqramına qonaq olub.
BAKU.WS xəbər verir ki, veriliş zamanı ifaçı rəhmətə gedən atasından danışıb.
Müğənni kövrələrək ona halallıq vermədiyini açıqlayıb:
"Ölüm ayağında olanda məni çağırdı. Dedi ki, halallıq verim. Dedim, heç vaxt verməyəcəm. İnşallah, Tanrı axirətdə məni onunla qarşı-qarşıya qoyar. Mən də öz hesabatımı ondan soruşaram. Çünki o, yanımızda olsaydı, ögey ata əlində böyüməzdim. Anam ailə həyatı qurub, 2 yaşım olanda onlar ayrılıblar. Özü də elə-belə adam da deyil, tanınmış adamdır. Çoxları da tanıyır. Çətin vaxtlarımda, qapıma elçi gələndə yanımda olmayıbsa, mənə lazım deyil. Siz mənim yerimdə olsaydınız, halallıq verərdiniz?"
Ətraflı videoda:
Oxşar xəbərlər
Ucuz piar, yoxsa həqiqət ? - Günel Rəhimlə "mahnı müharibəsi"nə belə son qoydu - VİDEO
Bir müddət əvvəl iki müğənni arasında yaranan "mahnı müharibəsi" medianın diqqətini çəkmişdi. Belə ki, müğənni Günel Ələkbərova həmkarı Rəhim Rəhimliyə mahnı üç...