Azərbaycanlı məşhurlar "İlaxır çərşənbə"sini malikanələrində qeyd etdilər

Azərbaycanlı məşhurlar İlaxır çərşənbəsini malikanələrində qeyd etdilər
Video
Şou-biznes 4634

Ötən gün Azərbaycanda Novruzun çərşənbələrindən sonuncusu - İlaxır çərşənbə qeyd edilib.

BAKU.WS xəbər verir ki, bu çərşənbəni adi vətəndaşlarla yanaşı, məşhurlar da qeyd ediblər: kimisi xaricdə, kimisi isə öz evində... Rəqqasə Fatimə Fətəliyeva ilə aktrisa Pərvin Abıyeva da bayramı öz bağ evlərində keçiriblər.

Onlar bahalı malikanələrinin həyətində tonqal yandıraraq baharın gəlişini bayram ediblər.

Məşhurlar həmin an lentə alınan əyləncəli görüntülərini sosial şəbəkə hesabında paylaşıblar.

Xatırladaq ki, bu çərşənbə xalq arasında İlaxır çərşənbə və ya Torpaq çərşənbəsi adlanır.

İnanclara görə, Torpaq çərşənbəsi yetişəndə torpaq artıq əkinə hazır olur və ona toxum səpmək olar. İlaxır çərşənbədə bağ-bostan, dirrik yerləri əkinə hazırlanır. Evlərdə süfrəyə yaşıllıq nişanəsi, təbiətin canlanmasının rəmzi olan səməni qoyulur.

Oxşar xəbərlər

Xalq artisti ayrıldığı həyat yoldaşından danışdı

Xalq artisti ayrıldığı həyat yoldaşından danışdı

Xalq artisti Yusif Eyvazov rus mediasına müsahibə verib.  BAKU.WS Axşam.az-a istinadən xəbər verir ki, opera ifaçısı bir müddət əvvəl boşandığı həyat yoldaşı, R...

138 Şou-biznes 22:15 02 noyabr 2025

Son xəbərlər