Azərbaycanlı məşhurların İnstaqramda reklam qiymətləri - bir paylaşım 5 min AZN

30
apr
2019
07:59
Məşhur simalar İnstaqram səhifələrində yayımladıqları reklam qarşılığında aldıqları qonorarı açıqlayıblar. BAKU.WS axşam.az-a istinadən xəbər verir ki, "ATV maqazin onlarla" tanınmışlara bunla bağlı sual ünvanlayıblar.Elza Seyidcahan bildirib ki, oradan çox yaxşı qazanc əldə edir.Sevda Yahyayeva bildirib ki, çəkildiyi reklamlardan və İnstaqram səhifəsindən o da pul qazanır.Sevil və Sevinc Səfərovalar isə evlərinin xərcini məhz oradakı paylaşımlarla ödədiklərini bildiriblər:"Bir post paylaşmışıq 5 min manat".Tünzalə Ağayeva isə İnstaqramı bazar adlandırıb:"Bəlli qiymət var. Ona isə hər kəs razılaşa bilməz. Ağır qiymətdir".Roza Zərgərli də İnstaqram paylaşımından pul qazanan tanınmışlardandır. O isə məbləği kamera qarşısında açıqlamaqdan qaçıb. Gülüstan Əliyeva da sosial şəbəkədə reklamı baha qiymətə yayımlayır:"5 minə də, 2 minə də paylaşımım olub".Fatimə Fətəliyeva isə bir paylaşımı 500-1000 manat arası etdiyini açıqlayıb. Fatimə paltara, zinnət əşyalarına pul vermədiyini açıqlayıb:"15, 17 minlik dəstlər verirlər. Hətta 22 minlik dəst də verirlər ki, taxım. Paltara pul xərcləmirəm". Nadir Qafarzadə isə İnstaqramdan qazanılan pulları haram sayıb.
Oxşar xəbərlər
"Bacılara yemək yeməyi də mən öyrətmişəm" - qalmaqal alovlandı (VİDEO)
Müğənni Roza Zərgərli "ATV maqazin onlarla" verilişinin "Onlarla 3 dəqiqə" rubrikasının qonağı olub. BAKU.WS xəbər verir ki, ifaçı verdiyi cavablarla gündəm yar...
