Azərbaycanlı məşhur sevgilisini bıçaqlayıb - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyədə yaşayıb-fəaliyyət göstərən azərbaycanlı model Günay Musayeva qalmaqallı şəkildə ayrıldığı sevgilisi Taha Tatlıcını bıçaqlayıbmış.
BAKU.WS Türkiyə KİV-nə istinadən xəbər verir ki, hadisə mart ayının 19-da Günayın yaşadığı evdə baş verib.
Sevgililər əvvəlcə əylənməyə getdikləri məkanda mübahisə ediblər. Evə getdikdən sonra mübahisə davaya çevrilib. Taha Günayı vurub. Həmin an evdə olan Günayın 6 yaşlı oğlu anasının döyüldüyünü görüb ağlayıb. Oğlunun ağladığını görən Günay özünü müdafiə etmək üçün masanın üzərindəki meyvə bıçağı ilə özünü müdafiə etməyə başlayıb. Nəticədə Taha qolundan yaralanıb.
Yaralı sevgili xəstəxanaya gedərək orada Günay Musayevə tərəfindən bıçaqlandığını bildirib və polisə şikayət edib. Musayevə barəsində silahlı yaralama davası açılıb. Maniken dindirilmələrə getməyincə isə barəsində saxlanılma əmri çıxarılmışdı. Günay polisə getdikdən sonra saxlanılma qərarı aradan qaldırılıb.
Oxşar xəbərlər
Türkiyədə yaşayan azərbaycanlı model sevgilisini polisə şikayət etdi
Model Günay Musayeva və keçmiş sevgilisi, iş adamı Taha Tatlıcı arasında qalmaqal bitmir. BAKU.WS axşam.az-a istinadən xəbər verir ki, bundan əvvəl də şiddət mə...