Azərbaycanlı könüllü: "Kahramanmaraşa gəlmək mənim vicdan borcum idi"
Yeniliklərdən dərhal xəbərdar olun
"Kahramanmaraş şəhərinə gəlmək mənim vicdan borcum idi".
"Report"un Türkiyəyə ezam olunmuş əməkdaşının xəbərinə görə, bunu Türkiyədə baş vermiş zəlzələ ilə bağlı qardaş ölkəyə şəxsi hesabına könüllü gələn Vüsal Rüstəmov deyib.
"Burada axtarış-xilasetmə əməliyyatlarına qoşuldum, meyitlərin çıxarılmasında iştirak etdim. Bundan sonra Azərbaycandan gələn könüllülərə qoşulacam. Kahramanmaraşın kəndlərində gedib insanlara kömək edəcəm", - o bildirib.
Qeyd edək ki, V.Rüstəmov fevralın 7-dən Kahramanmaraş şəhərində könüllü olaraq fəaliyyət göstərir.
Oxşar xəbərlər
Türkiyə mətbuatı: Azərbaycan xalqı zəlzələdən zərər çəkənlər üçün səfərbər oldu - FOTO
Türkiyədə çoxsaylı insan tələfatına səbəb olmuş zəlzələ qurbanlarına dəstək məqsədilə Azərbaycan dövlətinin və xalqının həyata keçirdiyi genişmiqyaslı yardım ka...