Azərbaycanlı aparıcının bank prezidenti ilə eşq yaşadığı üzə çıxdı - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiyada Korrupsiya ilə Mübarizə Fondu orada yaşayan və fəaliyyət göstərən azərbaycanlı jurnalist Nailə Əsgərzadənin "Bombardier Global 6000" təyyarəsinə və 62 metrlik yaxtaya sahib olduğunu ortaya çıxarıb.
BAKU.WS axşam.az-a istinadən xəbər verir ki, jurnalistin bu qədər var-dövləti necə əldə etdiyi maraq doğurub.
Bəlli olub ki, Əsgərzadə "VTB Bank"ın prezidenti Andrey Kostinlə eşq yaşayır. Təyyarə də elə bankın nəzdində olan şirkətlərdən birinin hesabına daxildir.
KMF isə dəyəri 60 milyon dollar olan təyyarənin Nailəyə yalnız kirayəyə verildiyini açıqlayıb. Onun uçuş zamanı hər 1 saat üçün təyyarəyə 559 min rubl (14 min manat) ödədiyi bildirilib. Jurnalist təkcə 2019-cu ildə sözügedən təyyarə ilə 51 saatdan çox uçuş reallaşdırıb.
Lazımi qrumlardan məsələ ilə bağlı fikir öyrənilib. Bildirilib ki, bir jurnalistin aldığı maaşla bütün bunları etməsi mümkünsüzdür.
Rus mediasının məlumatına görə, Kostinin Nailəyə bağışladığı hədiyyələrin ümumi qiyməti milyard dolları ötüb.
Oxşar xəbərlər
Beren Saatın jurnalistin sualına reaksiyası hər kəsi təəcübləndirdi (FOTO)
Türkiyənin məşhur aktrisası Beren Saat hamilə olması ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib. BAKU.WS Türkiyə KİV-nə istinadən xəbər verir ki, o həyat yold...