Azərbaycanlı aparıcı həyat yoldaşı ilə Avropada belə istirahət edir - FOTO/VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Aparıcı İlqar Mikayıloğlu həmkarı və həyat yoldaşı Zülfiyyə Bayramova ilə yenidən Avropaya səyahətə yollanıb.
BAKU.WS xəbər verir ki, uzun illərdir evli olan cütlük bu dəfə istirahət üçün Apennin yarımadasında yerləşən İtaliyanı seçib.
Onlar Avropanın cənub ölkəsini Milan şəhərindən gəzməyə başlayıblar. Bu haqda Zülfiyyə Bayramova sosial şəbəkə hesabında məlumat verib.
O, həyat yoldaşı ilə paylaşdığı video və fotolara bu sözləri əlavə edib: "Milanda iki gün... Bu şəhəri sevməmək mümkün deyil".
Videolardan birində Zülfiyyənin 1980-ci illərin məşhur disko mahnısını oynadığı görüntülər yer alıb.
Cütlük Milandan sonra İtaliyanın şimal-şərqində yerləşən və "Dənizlər kraliçası" adlanan Venesiyaya yollanacaq.
Qalereya
Oxşar xəbərlər
İlham Əliyev Rusiyanın aparıcı KİV rəhbərləri ilə görüşüb - YENİLƏNİB - VİDEO
Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasına rəsmi səfəri çərçivəsində fevralın 23-də TASS agentliyində bu ölk...