Azərbaycanlı aktrisaya ağır itki: "İki məzar arasında qalmışam" - FOTO

Azərbaycanlı aktrisaya ağır itki: İki məzar arasında qalmışam - FOTO
Şou-biznes 4916

Azərbaycan Dövlət Musiqili Komediya Teatrının aktrisası Gülçöhrə Abdullayevaya ağır itki üz verib.

BAKU.WS xəbər verir ki, aktrisanın anası vəfat edib.

Abdullayevanın sözlərinə görə, mart ayının 1-də gözlənilmədən anasının halı pisləşib və onu xəstəxanaya yerləşdiriblər. Müalicə effekt verməyib və bir neçə gün əvvəl əbədi olaraq gözlərini yumub.

"Bacımı itirmişdim, indi də anamı itirdim. İki məzar arasında qalmışam. İkisi də mənə əziz. Biri bacım, biri anam. Hansına ağlayacağımı bilmirəm. Ağlamaqdan gözlərim tor görür. Bu ay çox ağır oldu, başyeyən ay oldu, çox canlar aldı. Mart dərd ayı oldu", - aktrisa kədərini belə ifadə edib.

Azərbaycanlı aktrisaya ağır itki:

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər